Usta Çağır
Hər növ televizor modellərinin təmiri üçün bizə müraciət edə bilərsiniz. Smart Tv və sadə televizor modelləri fərqli markalar tərəfindən istehsal olunur. Bu gün bazarda ən çox Samsung, Xiaomi, Beko, HOFFMANN, Sony, Toshiba kimi nəhəng markalara məxsus televizor modelləri satılmaqdadır ki, hər nə qədər keyfiyyətli olsalar da, zaman-zaman təmirə ehtiyac yaranır. Bu zaman Ustabaku.az-ı seçsəniz, əsla məyusluq yaşamayacaqsınız.
Televizorların quraşdırılması ustalar tərəfindən icra olunduqda quraşdırılma tez və problemsiz şəkildə yekunlaşır. İstənilən televizor modellərində kanalların yığılması və digər tənzimlənmə işlərinin görülməsi üçün ustalara ehtiyac vardır. Komandamızda fəaliyyət göstərən ustalarımız tərəfindən bu iş sürətli və keyfiyyətli şəkildə icra olunur.
Televizor təmiri üçün ilk əvvəl texniki baxış keçirilir, yoxlama nəticəsində problem müəyyən olunur. Daha sonra yaranmış səbəb aradan qaldırılır. Texniki baxış sayəsində müəyyən olunan problemin əsas səbəblərindən biri daxili detallardan hər hansının birinin yanması, xarab olmasıdır. Uzun illər iş tərübəsinə sahib olan ustalarımızın xidmətindən istifadə edərək qısa müddət ərzində televizorunuzu təmir etdirə bilərsiniz.
Orijinal ehtiyat hissələrindən istifadə Ustabaku.az-da təklif olunur. Texniki baxış zamanı televizorun hər hansı bir detalının xarab olduğu müəyyənləşdirilirsə, o zaman həmin ehtiyat hissəsinin yerinə yenisini yerləşdirmək lazım gəlir. Komandamızda fəaliyyət göstərən ustalarımızın hər biri yalnızda hər markanın orijinal ehtiyat hissələrindən istifadə edirlər. Odur ki, televizorunuz əmin əllərdə olacaqdır.
Ustabaku.az şirkəti olaraq iri məişət texnikası
eləcə də digər elektrik texnikasının təmiri üzrə
peşəkar servis xidmətləri təklif edirik
Televizor təmiri tələb edən ən çox rast gəlinən problemlərə enerji problemləri, səs problemləri, görüntü problemləri və əlaqələndirmə problemləri daxildir.
Tv təmiri xidmətimizə LCD, LED, plazma və OLED televizorları da daxil olmaqla müxtəlif növ televizorların təmiri daxildir.
Televizor təmiri üçün tələb olunan vaxt problemdən, əvəzedici hissələrin mövcudluğundan və təmir xidmətinin iş yükündən asılı olaraq dəyişə bilər. Bununla belə, əksər təmirlər ən qısa zamanda bir neçə saat ərzində bitir.
Biz öz işimizi keyfiyyətli görməklə bərabər orjinal və dözümlü materiallardan istifadə edərək işi qısa zamanda təhvil veririk.
İllərdi qazandığımız böyük təcrübə və bilik əsasında deyə bilərik ki,komandamız hal hazırda ən yaxşılardan hesab olunur.Elə bu əsasdan çıxış edərək göstərdiyimiz bütün xidmətlərə xüsusilə də,təmir edilən cihazlara eyni zamanda əvəz olunan detallara yazılı zəmanət də veririk.
Biz mövcud problemi ən qısa zamanda həll edərək ona uyğun qiymət hesablayırıq.Göstərdiyimiz xidmətlərin keyfiyyət göstəricilərinə əsasən deyə bilərik ki,ən sərfəli usta xidməti bizdədir.
Qısa zamanda hər növ televizor təmiri üçün xidmətinizdəyik. Hər gün yeni model televizorlar ilə rastlaşırıq. Satışda Beko, Samsung, Lg və digər markalara məxsus çox sayda televizorlar vardır ki, fərqli səbəblərdən dolayı xarab ola bilər. Peşəkar ustalarımız tərəfindən yaranan istənilən nasazlıq tez zamanda öz həllini tapacaq.
7/24 fasiləsiz televizor təmiri xidməti Ustabaku.az-da mövcuddur. Daimi olaraq izlənilən televizorlar müəyyən səbəblərə görə işləməyə bilərlər. Səbəblərin qısa müddətə tapılması və nasazlığın aradan qaldırılması üçün günün istənilən saatında bizə müraciət edə bilərsiniz.
Televizor təmiri üçün zəngin texniki təchizat Ustabaku.az-dadır. Əgər televizorunuzun təmirə ehtiyacı varsa, usta xidmətimizdən yararlana və istənilən ehtiyat hissəsini buradan əldə edə bilərsiniz. Biz yalnız orijinal ehtiyat hissələrindən istifadə edirik.
5000 +müştəri tərəfindən qazanılmış
Zəngin bacarıqlara malik texniki heyətimiz
Texniki təchizatımız
6 Aylıq Zəmanət
Telvizor təmiri hər modelə görə fərqli üsullarla edilir. Bu gün iş yerlərində, evlərdə ən azı bir ədəd televizor görmək mümkündür. Sadə televizorlarla yanaşı smart televizor modellərinə tələb də günü-gündən artır. Hər bir modelin işləmə mexanizmi fərqli olduğundan təmir üsulları da fərqli olur. Ailəmizin bir üzvünə çevrilən televizorlar müxtəlif səbəblərdən xarab ola bilər. Adətən bu kimi hallar çox müşahidə olunmasa da, heç baş vermir deyə də bilmərik. Əgər televizorunuzda aşağıda sadalanan nasazlıqların hər hansı biri varsa, o zaman yaxşı olardı ki, mütəxəssis köməyindən istifadə edəsiniz.
Yeni televizor almaq yerinə təmir etdirmək daha düzgün seçiminiz ola bilər. Bu sahə üzrə bütün ustalarımız illərin təcrübəsinə sahib, peşəkar ustalardır. Televizora texniki baxış keçirilərək əsas problemin qaynağı tapılaraq təmir edilir. Təmir zamanı yalnızca modelə uyğun orijinal hissələrdən stifadə olunur. Əgər televizorun uzunömürlü olmasını istəyirsinizsə, o zaman mütəxəssis köməyindən istifadə etməlisiniz.